Bələdiyyə haqqında

1

Ağdaş rayon Mürsəl bələdiyyəsi

12 dekabr 1999-cu ildə keçirilmiş ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda formalaşdırılmış yerli özünüidarəetmə qurumlarından biri də Ağdaş rayon Mürsəl bələdiyyəsidir. Ağdaş rayon Mürsəl bələdiyyəsinin ilk sədri Gündüz Məmmədov (1999-2010), ikinci sədri Əhməd Məmmədov (2010-2020), üçüncü sədri Bəhruz Həmidov(2015-2024) olub. 2024 -cü il 18 Oktyabr tarixli 50VllQ nömrəli Qanununa əsasən bələdiyyələrin birlaşməsi yolu ilə yeni bələdiyyə yaradılldıqdan sonra bələdiyyə seckilərindən sonra Mürsəl bələdiyyənin sədri Baris Həsənovdur. Ağdaş rayon Mürsəl bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həmçinin Ağdaş rayon Mürsəl bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, Azərbaycan Respublikasının Konstitusiyasını, öz Nizamnaməsindən irəli gələn vəzifələri, sərəncam və fərmanları, tövsiyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək, bələdiyyə iclaslarının qərarlarına uyğun qurur və həyata keçirir.

Əlaqə və Məlumat

Bələdiyyə fəaliyyəti haqqında əlavə məlumat almaq və ya təkliflərinizi bildirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.